Siyasi məhbuslar Tehranı fələstinlilərin əzablarına görə ittiham edirlər

Siyasi məhbuslar Tehranı fələstinlilərin əzablarına görə ittiham edirlər
  23 Noyabr 2023    Oxunub:865
İranın “mürtəce” hökuməti İran xalqı arasında fələstinlilərin “əzablarına biganəlik canavarı”nın böyüməsinə təkan verib.
AzVision.az bildirir ki, Evin həbsxanasında həbsdə olan 9 məhbus iranlıların Qəzza sakinlərinin xalqının problemlərinə laqeyd münasibətini tənqid edən bəyanat veriblər.

“Keçən il və ondan əvvəl minlərlə uşaq və yeniyetməni qətlə yetirən hökumət indi Fələstin xalqını müdafiə etmək bəhanəsi ilə öz mürtəce mahiyyətini gizlətməyə çalışır. Bu mürtəce qabığın içində bir canavar yetişdi: başqasının əzabına biganəlik canavarı. Sən deyirsən ki, müharibə aparmaq və öldürmək ancaq mənim öz üstümə bombalar düşəndə pis olur. Qəzzaya nə olacağı məni maraqlandırmır. Məni Bəlucistan və Kürdüstan maraqlandırmır. Hökumətə, onun vəkil və qadınları yandıran siyasətlərinə qarşı nifrətə bəraət qazandırmaqla Fələstin xalqına qarşı bu mürəkkəb və qeyri-bərabər müharibədən sadəcə xilas olmaq mümkün deyil”, - bəyantada deyilir.

Son həftələr Qərb ölkələrində yüz minlərlə insan Qəzzada müharibəyə son qoyulması tələbi ilə nümayişlər keçirərək, aralarında uşaqların da olduğu dinc əhalinin ölümünü pisləyib. Lakin İranda fələstinlilərə dəstək üçün hələ də heç bir effektiv ictimai toplantı olmayıb.

Etirazçı İran xalqı son illərdə silsilə etiraz aksiyalarında “Nə Qəzza, nə də Livan, canım İrana qurban” kimi şüarlarla Tehranın Fələstin məsələsi ilə bağlı siyasətinə qarşı olduqlarını nümayiş etdiriblər.
AzVision.az


Teqlər: İran   məhbuslar  





Xəbər lenti