Amnesty İnternational: Nərgiz Məhəmmədini dərhal azad edin
“Bu, Nərgiz Məhəmmədinin səhhətini böyük risk altında qoyur, xüsusən də onun ürək və ağciyərlərində ciddi xəstəliklər var”, - bəyanatda deyilir.
Bu reallıqdan çıxış edən Amnesty İnternational təşkilatı İranın məhkəmə sisteminin rəhbərindən “Nərgiz Məhəmmədini dərhal və qeyd-şərtsiz azadlığa buraxmağı” tələb edib.
Qeyd edək ki, bir neçə gün əvvəl hüquq müdafiəçiləri xanım Məhəmmədinin məcburi hicab taxmaqdan imtina etdiyinə görə prokurorun onun xəstəxanaya göndərilməsinə qarşı çıxdığını açıqlamışdılar.
AzVision.az







Vaxtında, Aydın, Lazımlı!


