Memar Əcəminin 900 illik yubileyi UNESCO çərçivəsində qeyd olunacaq

Memar Əcəminin 900 illik yubileyi UNESCO çərçivəsində qeyd olunacaq
  23 Noyabr 2023    Oxunub:1073
Görkəmli Azərbaycan memarı Əcəmi Naxçıvaninin 900 illiyi 2024-2025-ci illər ərzində UNESCO çərçivəsində qeyd olunacaq yubileylər siyahısına daxil edilib.
AzVision.az xəbər verir ki, bu barədə UNESCO üzrə Azərbaycan Milli Komissiyasının "X" hesabında paylaşım edilib.

Bildirilib ki, UNESCO-nun Baş Konfransının 42-ci sessiyasında görkəmli Azərbaycan memarı Əcəmi Naxçıvaninin 900 illik yubileyi 2024-2025-ci illər ərzində UNESCO çərçivəsində qeyd olunacaq yubileylər siyahısına daxil edilib.

AzVision.az


Teqlər:





Xəbər lenti