"Rusları Gümrüdən çıxarmağı planlaşdırmırıq" - Safaryan

"Rusları Gümrüdən çıxarmağı planlaşdırmırıq" -  Safaryan
  23 Noyabr 2023    Oxunub:1099
Ermənistan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) və Avrasiya İqtisadi İttifaqından (Aİİ) çıxmaq imkanlarını nəzərdən keçirmir
AzVision.az xəbər verir ki, bunu Ermənistanın xarici işlər nazirinin müavini Mnatsakan Safaryan deyib.

O qeyd edib ki, rəsmi İrəvan həmçinin Rusiyanın 102-ci hərbi bazasının Gümrü şəhərindən çıxarılması məsələsini qaldırmağı planlaşdırmır.

“Hazırda bizim gündəliyimizdə belə mövzular yoxdur”, - deyə o, jurnalistin müvafiq sualına toxunub.

AzVision.az


Teqlər:





Xəbər lenti