"İspaniya Fələstin dövlətinin tanımasının tərəfdarıdır" - XİN

   "İspaniya Fələstin dövlətinin tanımasının tərəfdarıdır" -    XİN
  23 Noyabr 2023    Oxunub:1050
İspaniyanın xarici işlər naziri Xose Manuel Albares krallıq hakimiyyətinin Fələstin dövlətinin tanınmasının tərəfdarı olduğunu bildirib.
AzVision.az xəbər verir ki, xarici işlər nazirinin bu açıqlaması İspaniyanın baş naziri Pedro Sançesin İsrail, Fələstinə və Misirə səfərinin başlaması fonunda verib.

Albares RNE radiosuna müsahibəsində qeyd edib ki, Madrid yəhudi dövləti ilə yaxşı münasibətlərin qorunmasının tərəfdarıdır.

"Eyni zamanda, Fələstin və Fələstin xalqı ilə bağlı mövqeyimiz aydındır və bu, İspaniyanın xarici siyasətinin suveren qərarıdır. Biz Fələstin dövlətinin tanınmasının tərəfdarıyıq".

AzVision.az


Teqlər:





Xəbər lenti