Paşinyandan etiraf: “İnsanların əsəbləri ilə oynayırıq”

      Paşinyandan etiraf:   “İnsanların əsəbləri ilə oynayırıq”
  23 Noyabr 2023    Oxunub:1824
"Məhkəmələrdə baxılan çoxsaylı korrupsiya işlərinin niyə heç bir nəticə verməməsi ilə bağlı cəmiyyətə cavab verilməlidir".
AzVision.az xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan hökumətin iclasında çıxışı zamanı deyib.

Paşinyan: "Beynəlxalq standartlara cavab verən ali məktəbiz yoxdur”
Onun sözlərinə görə dəfələrlə böyük korrupsiya işlərində həbslər və ya araşdırmaların həyata keçirilməsi elan edilib. Amma sonradan illər keçsə də, şübhəli şəxslər azadlıqda qalır, ən əsası isə bu araşdırma işlərinin sonu heç bir nəticə vermir: "Cəmiyyətdə isə anlaşılmazlıq və narazılıq artır".

O rola girərək məmurlarına irad bildirərkən deyib ki, "İstintaqın qanunauyğunluğuna və məhkəmələrin müstəqilliyinə xələl gətirmək olmaz. Lakin digər tərəfdən, səs-küylü cinayət işlərində də bütün gecikmələrə görə hökumət siyasi məsuliyyət daşıyır".

Baş prokuror Anna Vardapetyan Paşinyanın iradlarını şərh edib. Onun sözlərinə görə, rəhbəri olduğu qurum prokurorların məhkəmə iclaslarında xroniki iştirak etməməsi məsələsini gündəmə gətirib. Bu səbəbdən iclaslar təxirə salınır və iş aylarla uzanır.

Ədliyyə naziri Qriqor Minasyan da fəaliyyətini malalamağa çalışıb: "Birincisi, 2023-cü ildə antikorrupsiya məhkəməsi yaradılıb. İkincisi, bütövlükdə məhkəmə sistemi baxılmasını tələb etməyən işlərdən (o cümlədən cərimələrin ödənilməsindən) azad edilib. Nəhayət, hakimlərin maaşları artırılıb. Gələn il məhkəmə sisteminə qoyulan bütün bu investisiyaların hansı effekt verməsini görəcəyik. Məhkəmələrdə işlər yubanırsa, problemin istintaqın keyfiyyətində, yoxsa məhkəmənin işində olduğu görünəcək".

Baş nazir baş prokurorun və nazirin arqumentlərini qəbul etsə də, yenidən daha səmərəli iş tələb edib.

"Bütün bunlar doğrudur. Amma bizə nəticə lazımdır. Biz kiminsə oğurluq və ya rüşvətxorluq üstündə tutulduğunu bəyan etsək, sonra bu adamı İrəvan kafelərində və ya xaricdə görüblərsə, cəmiyyətdə suallar yaranır. Əgər kiminsə mənimsəmə və ya rüşvət üstündə tutulduğunu elan ediriksə, sonra da həmin şəxsi İrəvan kafelərində və ya xaricdə görürüksə, cəmiyyətdə suallar yaranır... Belə olan halda mən buna icazə vermədiyimi necə sübut edə bilərəm? Biz insanların etibarı və əsəbləri ilə oynamağa başlayırıq. Buna son qoyulmalıdır"".

Tural Tağıyev
AzVision.az



Teqlər:   Paşinyan   Korrupsiya  





Xəbər lenti