Bayden: SEPAH-ın mövqelərinə hücum etmək əmri vermişəm

   Bayden:    SEPAH-ın mövqelərinə hücum etmək əmri vermişəm
  23 Noyabr 2023    Oxunub:1307
ABŞ prezidenti Co Bayden Nümayəndələr Palatasına və Senata yazdığı məktubda Amerika qüvvələrinə SEPAH və ona bağlı qrupların İraq və Suriyadakı mövqelərinə hücum etmək əmri verdiyini bildirib.
AzVision.az xəbər verir ki, məktubda ABŞ-nin hücumlarının həmin qrupların ABŞ-nin adı çəkilən bu iki ölkədəki mövqelərinə qarşı hücumlarını dayandırmaq üçün həyata keçirilidiyi vurğulanıb.

“ABŞ-nin İraq və Suriyadakı SEPAH mövqelərinə və onlara bağlı qruplara hücumları beynəlxalq qanunlara uyğun olaraq, mülki əhali arasında itkilərin qarşısını almaq və gərginliyi azaltmaq, hücumları dayandırmaq və Amerika vətəndaşlarını müdafiə etmək məqsədi ilə həyata keçirilib”, - Bayden yazıb.
AzVision.az


Teqlər: Bayden   SEPAH  





Xəbər lenti