İsrail girovları "3-ə 1" düsturuna əsasən qaytaracaq

   İsrail girovları "3-ə 1" düsturuna əsasən qaytaracaq
  23 Noyabr 2023    Oxunub:1002
İsraillə HƏMAS arasında girov və əsirlərin mübadiləsi “3-ə 1” düsturuna əsasən həyata keçiriləcək. Lakin HƏMAS prosesə maneələr yaradırsa, atəşkəsin heç bir mənası olmayacaq.
Bunu TASS-a İsrailin Rusiya Federasiyasındakı səfiri Aleksandr Ben Zvi deyib.

"İndiki mərhələdə bu belədir. Söhbət 55-ə yaxın girovun 150 fələstinli məhbusla dəyişdirilməsindən gedir. Ona görə də hələlik bu düstur dəyişməz olaraq qalır. Biz ilk dörd gündən danışırıq", - diplomat “3-ə 1” düsturu ilə bağlı suala cavab verərək dedi.

O xatırladıb ki, 2014-cü ildə HƏMAS atəşkəsi pozub, nəticədə 8 İsrail əsgəri həlak olub.

“Əgər belə bir şey olarsa, girovlarla bağlı hər hansı maneə və problem yaratsalar, o zaman heç nəyi dayandırmağın mənası olmayacaq”, - Ben Zvi deyib.

Eyni zamanda, səfir bildirib ki, girovların dəyişdirilməsi sxemi uğurla işləsə, “daha ​​çox danışıqlar aparmaq lazım gələcək”.

Şahanə Rəhimli
AzVision.az


Teqlər:





Xəbər lenti