Polad Bülbüloğlu türkəmistanlı həmkarı ilə görüşdü
Qonağa işğaldan azad edilmiş ərazilərdə hazırda aparılan genişmiqyaslı quruculuq işləri, habelə erməni əhalisinin könüllü şəkildə köçməsinə yardım göstərilməsi ilə bağlı Azərbaycan tərəfinin humanitar tədbirləri barədə məlumat verilib.
Görüşdə Azərbaycan ilə Türkmənistan arasında ikitərəfli əməkdaşlığın bəzi aspektlərinə toxunulub. Səfirlər, həmçinin iki ölkənin Rusiyada akkreditə olunmuş diplomatik nümayəndəliklərinin gələcəkdə qarşılıqlı səmərəli fəaliyyəti ilə bağlı məsələləri müzakirə ediblər.
Söhbət zamanı qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında da geniş fikir mübadiləsi aparılıb. Sonda Azərbaycan səfiri həmkarına Heydər Əliyev Fondu tərəfindən nəşr olunan “Qarabağ işğaldan əvvəl və sonra” kitabını hədiyyə edib.
AzVision.az
Teqlər: