Çuvaşiyada su qıtlığı: Fövqəladə vəziyyət elan edildi

     Çuvaşiyada su qıtlığı:    Fövqəladə vəziyyət elan edildi
  24 Noyabr 2023    Oxunub:1042
Rusiyanın Çuvaşiya Respublikasının Alatır şəhərində su anbarında suyun səviyyəsinin kəskin azalması və onun su təchizatı sisteminə verilməsinin dayandırılması ilə əlaqədar fövqəladə vəziyyət rejimi tətbiq edilib.
Qeyd olunub ki, Sura çayında suyun səviyyəsinin kritik həddən aşağı düşməsi səbəbindən şəhərdə fövqəladə vəziyyət elan edilib. Şəhərin su təchizatı sisteminə suyun verilməsi dayandırılıb.

Vəziyyətin sabitləşdirilməsi istiqamətində operativ işlər, o cümlədən Sura çayından suyun götürülərək suqəbulediciyə vurulması, sosial müəssisələrin və şəhər təşkilatlarının texniki su ilə təminatının təmin edilməsi istiqamətində operativ işlər aparılır.

Çuvaşiya Prokurorluğu öz teleqram kanalında bildirib ki, kommunal xidmətlər, Fövqəladə Hallar Nazirliyi və Daxili İşlər Nazirliyinin nümayəndələri Alatır şəhərinə gediblər, onlar nəzarət orqanı ilə birlikdə hadisənin səbəblərini müəyyənləşdirir və vəziyyəti həll etməyin yollarını axtarırlar.

AzVision.az



Teqlər:





Xəbər lenti