"Toyota"da əyləc problemi: 580 min avtomobil təmir ediləcək

      "Toyota"da əyləc problemi:    580 min avtomobil təmir ediləcək
  24 Noyabr 2023    Oxunub:1052
Yaponiyanın ən böyük avtomobil konserni Toyota Motor əyləc problemi olan təxminən 580 min avtomobili geri çağırıb.
Bu barədə Yaponiyanın NHK portalı yazıb. Avtomobillərdə əyləclərin sıradan çıxmasına və nəticədə yol-nəqliyyat hadisəsinə səbəb ola biləcək təhlükəli istehsal qüsuru aşkar edilib.

Problemli avtomobillərin modelləri və onların istehsal illəri hələ dərc olunmayıb. Məlumdur ki, hələlik söhbət yalnız daxili bazarda satılan avtomobillərdən gedir.

Son altı ay ərzində Toyota ciddi problemlərə görə bir neçə dəfə avtomobillərini geri çağırıb. Məsələn, iyul ayında ehtiyat təkərində qüsur aşkarlanan 2023-cü model Tundra və Sequoia pikapları geri çağırılıb. Elə həmin ay dünya üzrə 100 mindən çox Toyota və Lexus keyfiyyətsiz qaynaqlanmış kabellərə görə təmirə göndərilib.


AzVision.az


Teqlər:





Xəbər lenti