İran gələn il neft hasilatını sutkada 4 milyon barrelə çatdırmaq istəyir

İran gələn il neft hasilatını sutkada 4 milyon barrelə çatdırmaq istəyir
  24 Noyabr 2023    Oxunub:1129
Bu ilin sonunadək İranın neft hasilatı sutkada 3,6 milyon barrelə çatacaq və gələn ilin yazına qədər gündəlik hasilat səviyyəsini 4 milyon barelə çatdırmaq üçün səylər göstəriləcək.
AzVision.az xəbər verir ki, İranın neft naziri Cavad Ouci hökumətin belə iddiada olduğunu açıqlayıb.

Onun sözlərinə görə, hökumət sərmayə qoyuluşu üçün 47,5 milyard ABŞ dolları dəyərində 50 yeni layihənin işlənib hazırlanmasını təsdiqləyib.

Hazırda isə İranda neft sənayesində istehsal gücünün və neft emalının artırılması üçün ümumi dəyəri 76 milyard dollar olan 182 layihə həyata keçirilir.
AzVision.az


Teqlər: İran   neft  





Xəbər lenti