ABŞ: husilərin Qırmızı dənizdə gəmi qaçırmalarında İranın əli var

  ABŞ:  husilərin Qırmızı dənizdə gəmi qaçırmalarında İranın əli var
  24 Noyabr 2023    Oxunub:1092
Tehran noyabrın 19-da Qırmızı dənizdə gəminin oğurlanmasına hazırlaşan husilərə maddi dəstək verib.
AzVision.az xəbər verir ki, belə iddia irəli sürən ABŞ-nin Milli Təhlükəsizlik şurasının sözçüsü Con Kirbi Vaşinqtonun terrorçu kimi təsnif etdiyi şəxslərin siyahısını nəzərdən keçirdiyini vurğulayıb. İran isə 1984-cü ildən ABŞ-nin “terrora sponsorluq edən dövlətlər” siyahısındadır.

Noyabrın 19-da İsrail və Səudiyyə Ərəbistanı medisında Yəmən husiləri tərəfindən Qırmızı dənizdə “İsrailə məxsus” yük gəmisinin ələ keçirildiyi barədə məlumat yayılıb.

İsrail ordusunun verdiyi bəyantda isə gəminin İsrailə məxsus olmadığı, sadəcə, onun sahiblərindən birinin israilli olduğu açıqlanıb. Bununla belə, İsrail həmin gəminin ələ keçirilməsində İranı ittiham edib.
AzVision.az


Teqlər: ABŞ   İran  





Xəbər lenti