Sorğu: ABŞ sakinlərinin əksəriyyəti “Amerika arzusuna” inanmır

      Sorğu:    ABŞ sakinlərinin əksəriyyəti “Amerika arzusuna” inanmır
  24 Noyabr 2023    Oxunub:988
"Amerika arzusu"nun ABŞ cəmiyyəti üçün hələ də aktual olduğuna inanan respondentlərin sayı xeyli azalıb: 2012-ci ildə bu, 53%-ə, 2016-cı ildə isə 48%-ə çatıb. Sakinlərin yalnız 36%-i bu konsepsiyaya inanır.
Bunu “The Wall Street Journal” jurnalının NORC İctimaiyyətlə Əlaqələr Araşdırma Mərkəzi ilə birgə keçirdiyi sorğunun məlumatları sübut edir. Respondentlərin 18%-i isə əslində "Amerika arzusu"nun heç vaxt reallaşmadığını bildirib. Qəzet amerikalıların bu fikirdən məyus olmasının bir neçə səbəbini də açıqlayıb. Xüsusilə, nəşr hesab edir ki, ABŞ sakinləri iqtisadi zəiflik hissi ilə yanaşı, həyat standartlarını yaxşılaşdıra biləcəklərinə dair qeyri-müəyyənlik hiss edirlər.



Eyni sorğuda respondentlərin təxminən yarısı Amerikada həyatın 50 il əvvəlkindən daha pis olduğunu bildirib. Bundan əlavə, respondentlərin təxminən 50%-i ölkənin iqtisadi və siyasi sistemlərinin onların maraqlarına zidd hərəkət etdiyinə inanır.



Ölkənin gənc nəslinin nümayəndələri də "Amerika arzusu"na inamlarını itiriblər: yaşı 50-dən aşağı olan respondentlərin yalnız 28%-i zəhmətlə karyera qura biləcəklərinə inanır. Yaşı 65-dən yuxarı olan respondentlərin yalnız 48%-i bu fikri bölüşür.



The Wall Street Journal həmçinin NBC News-un əvvəlki sorğusuna istinadən xatırladıb ki, ölkə sakinlərinin 19%-i övladlarının həyat keyfiyyətinin yaxşılaşacağına əmindir: bu rəqəm 1990-cı ildən bəri ən aşağı göstəricidir. Qeyd edək ki, oktyabrın 19-dan 24-dək keçirilən sorğuda ümumilikdə 1163 nəfər iştirak edib.

AzVision.az



Teqlər:





Xəbər lenti