Rusiya ordusu yeni Su-35S qırıcıları ilə silahlandı - VİDEO

Rusiya ordusu yeni  Su-35S  qırıcıları ilə silahlandı  - VİDEO
  24 Noyabr 2023    Oxunub:1229
Qaqarin adına Komsomolsk-na-Amur Aviasiya Zavodu Rusiya Müdafiə Nazirliyinə Su-35S qırıcı təyyarələrinin yeni partiyasını təhvil verib.
AzVision.az xəbər verir ki, bu barədə “Rostex”in mətbuat xidməti Telegram kanalında məlumat yayıb.

Qeyd olunur ki, bu yeni partiya ilə 2023-cü il proqramı çərçivəsində bu növ təyyarələrin tədarükü prosesini başa çatır.
Şirkət bəyan edib ki, Rusiya Aerokosmik Qüvvələrini modernləşdirilmiş aviasiya sistemləri ilə çatdırılma cədvəlinə uyğun təmin edir. Aviasiya zavodunun işçiləri isə dövlət müdafiə sifarişlərini yerinə yetirmək üçün üç növbədə işləyirlər.

Çoxfunksiyalı Su-35S-lər müxtəlif iş rejimlərində yerdə və səmada sınaqlardan keçərək zavod aerodromundan xidmət yerinə uçublar.

"Rostex"-in baş direktorunun birinci müavini Vladimir Artyakov deyib ki, bu, 4++ nəsil qırıcılar indi real döyüş şəraitində yüksək performansını açıq şəkildə nümayiş etdirirlər.

Tural Tağıyev
AzVision.az



Teqlər: Rusiya   Qırıcı  





Xəbər lenti