İranda məhbus intihar edib

   İranda məhbus intihar edib
  24 Noyabr 2023    Oxunub:1031
İranın Gilan əyalətinin Rəşt şəhərindəki Lakan həbsxanasında Söhrab Azadbər adlı məhkum özünü öldürüb.
AzVision.az İranda İnsan haqları müdafiəçilərinin yaydığı məlumata istinadən xəbər verir ki, Azabdərin intihara sövq edən onun təzyiqlərə məruz qalması və müvəqqəti azadlığa bçıxması üçün ilkin girov məbləğinin 400 milyon tüməndən 3 milyard tümənə qaldırılması olub.

Qeyd edək ki, Lakan həbsxanası İranda məhkumların ən çox intihar etdiyi zindanlardan biri kimi “məşhur”laşıb. İnsan haqları təşkilatlarının açıqlamasına görə, təkcə son bir ayda bu həbsxanada 20 məhkum öz həyatına son qoymağa cəhd göstərib.

Bu ilin avqustunda sözügedən həbsxanada Həmzə Dərviş adlı məhbus çoxlu sayda “diazepam” həbləri içərək intihara cəhd edib. Tibb yardım nəticəsində onun həyatını xilas etmək mümkün olub. Maraqlıdır ki, həblərin ona həbsxananın həkimi tərəfindən verildiyi açıqlanmışdı.
AzVision.az


Teqlər: İran   intihar  





Xəbər lenti