İrandan təklif: "Fələstin referendumu keçirilsin!"

      İrandan təklif:    "Fələstin referendumu keçirilsin!"
  24 Noyabr 2023    Oxunub:1183
"Fələstin məsələsini həll etməyin yeganə yolu Fələstinin gələcəyi ilə bağlı referendum keçirməkdir".
AzVision.azİRNA agentliyinə istinadən xəbər verir ki, bunu İran xarici işlər nazirinin müavini Əli Baqiri Kani deyib.

O qeyd edib ki, Fələstin probleminin yeganə həlli bütün fələstinlilərin iştirak edəcəyi referendumun keçirilməsidir: "Bu istər işğal olunmuş ərazilərdə yaşayanlar, istərsə də oranı tərk edib başqa ölkələrə köçənlər olsun. Onlar öz müqəddəratlarını təyin etməli və özləri üçün istədikləri idarəetmə mexanizmini seçməlidirlər".

Kani vurğulayıb ki, “Fələstin probleminin həlli yalnız fələstinlilərin öz əlində olmalıdır, onların kənar qəyyumlara ehtiyacı yoxdur”.

Tural Tağıyev
AzVision.az



Teqlər: İran   Fələstin  





Xəbər lenti