Kim Çen Inın qızının sviteri müzakirə olundu

   Kim Çen Inın qızının sviteri müzakirə olundu
  24 Noyabr 2023    Oxunub:1029
Şimali Koreya prezidenti Kim Çen Inın qızı ölkəsinin orbitə ilk kəşfiyyat peykini buraxması münasibəti ilə hazırlanmış sviterlə görüntülənib. Bu barədə Bloomberg yazır.
Qeyd olunur ki, Şimali Koreya liderinin 10 yaşlı qızının fotoşəkillərinin bu geyimdə jurnalistlərin qarşısına çıxarılması və peyk orbitə buraxıldıqdan sonra gənc alimlərin təriflənməsi KXDR-in yeni nəslinin Pxenyanın nüvə proqramını inkişaf etdirmək siyasətini davam etdirəcəyini xatırladır.

Bundan əvvəl Pxenyan noyabrın 22-də üçüncü dəfə ilk kəşfiyyat peykini uğurla orbitə buraxdıqdan sonra daha bir neçə kəşfiyyat peykini orbitə çıxarmaq niyyətində olduğunu açıqlamışdı.

İyulun 24-də ABŞ-ın nüvə sualtı gəmisi USS Annapolis Cənubi Koreyaya gəlib. İyulun 20-də KXDR belə bir sualtı qayığın Cənubi Koreya limanlarına daxil olmasını nüvə silahından istifadənin səbəbi adlandırıb. Cavab olaraq Seul bəyan edib ki, nüvə silahından istifadə Şimali Koreyanın mövcudluğunun dayandırılması demək olacaq.

Avqustun 15-də KXDR Müdafiə Nazirliyinin rəhbəri Kanq Sun Nam Koreya yarımadasında nüvə müharibəsinin qaçılmaz olduğunu bildirib.

Şahanə Rəhimli
AzVision.az


Teqlər: ŞimaliKoreya  





Xəbər lenti