"Ölkələrin Sünikə getməməklə bağlı çağırışlarından məəttəl qalmışam" - Paşinyan

  "Ölkələrin Sünikə getməməklə bağlı çağırışlarından məəttəl qalmışam"    -  Paşinyan
  24 Noyabr 2023    Oxunub:941
Ermənistanın baş naziri Nikol Paşinyan Sünik (Zəngəzur-red.) bölgəsi ilə bağlı diqqət çəkən fikirlər səsləndirib.
O deyib ki, bəzi ölkələrin vətəndaşlarına Ermənistanın cənub bölgələrinə səfər etməməklə bağlı çağırışlarından məəttəl qalıb.

Əsasən Qərb ölkələrinin: ABŞ, Fransa və s. səfirlikləri tərəfindən vaxtaşırı Ermənistanın müəyyən bölgələrinə getməmək barədə “tövsiyyələr”səslənir.

Baş nazirin fikrincə bu cür çağırışlar biznes üçün müəyyən çətinliklər yaradır. Eyni zamanda, hökumət həm ölkə daxilində, həm də Sünik bölgəsində milyardlarla dollar dəyərində investisiya layihələri həyata keçirir. Son 5 ildə yatırılan investisiyaların böyük hissəsi isə ölkənin cənub bölgəsinin payına düşür.

Tural Tağıyev
AzVision.az



Teqlər:





Xəbər lenti