İranlı ekspert Atatürk haqqında sərsəm fikirlər səsləndirdi

İranlı ekspert Atatürk haqqında sərsəm fikirlər səsləndirdi
  24 Noyabr 2023    Oxunub:1129
İran mediasında davamlı olaraq Azərbaycan və Türkiyə əleyhinə fikirlər səsləndirən ermənipərəst siyasi təhlilçi Ehsan Movəhediyan növbəti dəfə sərsəmləyib.
O, “X” hesabında Atatürkün xalça üzərində rəsminin Təbrizdə sərgilənməsinə qərəzli münasibət bildirib: “Əgər Türkiyə İran liderlərinin şəklinin Türkiyənin ən önəmli ticarət və əyləncə mərkəzlərində nümayişinə icazə versə, İran hökuməti də Təbrizdə xalça üzərində Atatürkün təsvirinin nümayiş etdirilməsinə icazə versin! Qarasu bölgəsinin (Türkiyə) İrandan ayrılmasının səbəbkarı olan şəxsin rəsminin müqəddəs İran torpağında belə asanlıqla yayılmasına imkan vermək olmaz!”.

AzVision.az



Teqlər: İran  





Xəbər lenti