Almaniya məhkəməsi iranlıya 4 il həbs cəzası kəsib

Almaniya məhkəməsi iranlıya 4 il həbs cəzası kəsib
  24 Noyabr 2023    Oxunub:1048
Almaniyada 26 yaşlı iranlı gənci kimyəvi terror aktı törətmək üçün sui-qəsd təşkil etmək ittihamı ilə 4 il həbs cəzasına məhkum olunub.
AzVision.az xəbər verir ki, Almaniya KİV-lərinin Dortmunddakı yerli məhkəmənin qərarına istinadən yaydıqları məlumatda görə, başqalarına zərər verməmək üçün bu şəxs həbs müddətini qorunan təcridxanada keçirməlidir.

Məhkəmənin sədri Dirk Kintz iranlının zəhərli maddələrlə terror aktı törətməkdə qərarlı olduğunu bildirib.

Daha əvvəl Almaniya medisınada “JJ” kimi təqdim edilən iranlı bu ilin yanvarında qardaşı ilə birlikdə Almaniya təhlükəsizlik qüvvələri tərəfindən həbs edilib. Onun radikal islamçı qruplarla onlayn söhbətləri kəşfiyyat orqanlarında şübhə doğurub.

Prokurorluq istintaqında və məhkəmə prosesində həmin şəxsin ekstremist islamçı qruplaşmalardan göstəriş aldıqdan sonra çox təhlükəli olan “Sianid” və “Ricin” zəhərlərini, habelə bununla bağlı lazımi materiallar hazırladığı müəyyən edilib.

Kimyəvi hücumun həyata keçirilmə tarixi 2022-ci ilin Yeni il gecəsi olsa da, müttəhim həmin zəhərli maddələri vaxtında hazırlaya bilmədiyi üçün terror hücumu baş tutmayıb.
AzVision.az


Teqlər: Almaniya   iranlı  





Xəbər lenti