İsrail 39 fələstinlini azad edib

   İsrail 39 fələstinlini azad edib
  25 Noyabr 2023    Oxunub:1143
İsrail radikal HƏMAS hərəkatı ilə razılaşma çərçivəsində 39 fələstinli məhbusu həbsdən azad edib.
AzVision.az xəbər verir ki, bu barədə “Yedioth Ahronoth” qəzeti məlumat yayıb.

Qəzet qeyd edir ki, fələstinlilərin azad edilməsi HƏMAS-ın girovluğunda olan 13 nəfərin cümə günü yəhudi dövlətinin ərazisinə qayıtmasından sonra baş verib.

Bundan əvvəl “The Times of Israel” qəzeti İsrail Həbsxanalar İdarəsinə 39 fələstinli qadın və uşağın adlarının siyahısını aldığını bildirmişdi. Bir gün əvvəl Beynəlxalq Qırmızı Xaç Komitəsi onun köməyi ilə 33 məhbusun azad edildiyini açıqlamışdı.

AzVision.az


Teqlər:





Xəbər lenti