İsrail Qəzzada qalan girovların sayını açıqlayıb

İsrail Qəzzada qalan girovların sayını açıqlayıb
  25 Noyabr 2023    Oxunub:1077
HƏMAS hərəkatının nümayəndələri hələ də Qəzza zolağında 215-ə yaxın israilli girovu saxlayır.
AzVision.az xəbər verir ki, bu barədə İsrail Müdafiə Ordusunun nümayəndəsi Doron Spilman "X" sosial şəbəkə hesabında yazıb.

O qeyd edib ki, qalan girovların vəziyyətindən İsrail hökumətinin məlumatı yoxdur.

Qeyd edək ki, noyabrın 24-də 4 günlük humanitar atəşkəsin ilk günündə İsrail və HƏMAS əsirləri dəyişdirib. Şərtlərə görə, İsrail hər girov üçün üç fələstinli məhbusu qaytaracaq. Noyabrın 25-də 13 israilli girov və 39 fələstinli məhbus azad edilib.

AzVision.az


Teqlər:





Xəbər lenti