Qaradərilini öldürən polis həbsxanada bıçaqlandı

Qaradərilini öldürən polis həbsxanada bıçaqlandı
  25 Noyabr 2023    Oxunub:1260
ABŞ-da qaradərili Corc Floydun ölümündə təqsirli bilinən keçmiş Minneapolis polisi Derek Şovin həbsxanada bıçaqlanıb və ağır yaralanıb
AzVision.az xəbər verir ki, "Associated Press" mənbəyə istinadən məlumat yayıb.

Federal Həbsxanalar Bürosu Arizona ştatının Tucson şəhərindəki Federal İslah Müəssisəsində naməlum məhbusun hücuma məruz qaldığını təsdiqləyib, lakin onun Şovin olub-olmadığını qeyd etməyib.

Xəbər agentliyi mənbəyə istinadən xəbər verir ki, 47 yaşlı Şovin həbsxanada başqa bir məhbus tərəfindən bıçaqlanıb.

Büro verdiyi açıqlamada, orta təhlükəsizlik həbsxanasının işçilərinin hücuma cavab verdiyini və təcili tibbi yardım xidmətləri tərəfindən müalicə üçün xəstəxanaya aparılan bir nəfərin "həyat xilasetmə tədbirləri gördüyünü" qeyd edib.

Qeyd edək ki, 2020-ci ilin mayında oğurluqda şübhəli bilinən Floydu dizi ilə asfalta sıxan və huşunu itirənə qədər buraxmayan polis məmuru Derek Şovin saxlanılıb.

Onun dizi ilə sıxıb saxladığı Floyd ölüb. Bu ölüm iğtişaş dalğasına və “Qaraların Həyatı Önəmlidir” hərəkatının yüksəlişinə səbəb olub.

Polis Şovin 22,5 il müddətinə azadlıqdan məhrum edilib və o, vəzifə səlahiyyətlərindən sui-istifadə etməkdə təqsirli bilinib.

AzVision.az


Teqlər:





Xəbər lenti