Əbdülhəmid: siyasi məhbuslar azad edilməlidir

   Əbdülhəmid:    siyasi məhbuslar azad edilməlidir
  25 Noyabr 2023    Oxunub:1103
İranın Zahidan şəhərindəki Məkki məscidinin cümə imamı, sünni din xadimi Mövləvi Əbdülhəmid cümə namazı xütbələrində İran hökumətini siyasi məhbusların azadlığa buraxılmasına çağırıb.
AzVision.az xəbər verir ki, dəfələrlə həbsdə olan qadın, gənc və öyrəncilərin azadlığa buraxılması və şəhərdə sərt təhlükəsizlik tədbirlərinin aradan qaldırılmasını tələb edən Mövləvi Əbdülhəmid, növbəti dəfə İran hökuməti qarşısında belə tələb qoyub.

Din xadiminin sözlərinə görə, o, eyni zamanda, bəluç xalqını etirazlarını səssiz şəkildə keçirməyə çağırıb.

Qeyd edək ki, hər həftə olduğu kimi bu cümə günü də hökumətin repressiv qüvvələri Zahidan şəhərini mühasirəyə alıblar. Onları əsas iddiaları bu günlərdə hadisələrin nəzarətdən çıxa bilməsi təhlükəsi ilə bağlıdır.
AzVision.az


Teqlər: İran   Əbdülhəmid  





Xəbər lenti