Əhməd Ələmülhuda: “Bəsici” mədəniyyəti bütün dünyaya yayılacaq

   Əhməd Ələmülhuda:    “Bəsici” mədəniyyəti bütün dünyaya yayılacaq
  25 Noyabr 2023    Oxunub:1492
İranın hökumət mollası xalqa divan tutan “Bəsic” hərəkatının Yer kürəsini bürüməsini arzulayan bəyanat verib.

AzVision.az İran prezidenti İbrahim Rəisinin qaynatası və eyni zamanda Məşhəd şəhərinin cümə imamı Əhməd Ələmülhuda növbəti dəfə mürtəce siyasətin qlobal miqyasda intişar edəcəyi barədə öz “arzu”larını dilə gətirib.

“Bəsici mədəniyyəti bizim ölkədən başlandı və dünyaya yayıldı. Öncə bütün dünya "bəsici" olacaq və İmam Zaman (ə) zühur edəcək!”- Ələmülhuda deyib.

Qeyd edək ki, bir neçə gün əvvəl bu imamın qızı, İranın birinci xanımı Cəmilə Ələmülhuda iranlı qadınların dünyada liderliyi ələ alması zərurəti barədə bəyanat verib.
AzVision.az


Teqlər: İran   bəsicilik  





Xəbər lenti