"X reklamdan 75 milyon dollar gəlir itirə bilər" - NYT

   "X reklamdan 75 milyon dollar gəlir itirə bilər" -    NYT
  25 Noyabr 2023    Oxunub:1422
Əvvəllər "Twitter" kimi tanınan X şirkəti ilin sonuna qədər reklam gəlirlərindən 75 milyon dolları itirə bilər.
AzVision.az "The New York Times"a istinadən xəbər verir ki, buna səbəb şirkətin sahibi İlon Maskın “anti-semit sui-qəsd nəzəriyyəsini” dəstəkləməkdə ittiham edilməsidir. Çünki onlarla böyük brend marketinq kampaniyaları buna görə şirkətə reklam verilməsini dayandırırlar.

Bu həftə NYT tərəfindən nəzərdən keçirilən daxili sənədlər şirkətin əvvəllər məlum olduğundan daha çox problem içində olduğunu göstərir. Mask və platforma ilə bağlı problemlər keçən həftə X-də reklam kampaniyalarını dayandıran IBM, "Apple" və "The Walt Disney" kimi şirkətlərdən çox uzaqlara yayılıb. Sənədlərdə Airbnb, "Amazon", "Coca-Cola" və "Microsoft" kimi şirkətlərin 200-dən çox reklam bölməsi qeyd olunur ki, onların da əksəriyyəti sosial şəbəkədə reklamını dayandırıb və ya dayandırmağı düşünür.

Aytən Zəhra
AzVision.az


Teqlər:





Xəbər lenti