Qərbi Azərbaycanda tarixi qala məhv edilir

   Qərbi Azərbaycanda tarixi qala məhv edilir
  25 Noyabr 2023    Oxunub:1062
Qərbi Azərbaycan əyalətinin mərkəzi olan Urmiya şəhərinin yaxınlığındakı tarixi “Dəm-Dəm” qalasında qanunsuz qazıntı işləri aparılan zaman dinamitlərdən istifadə olunub.
AzVision.az əyalətin Mədəni İrs, Turizm və Əl İşləri idarəsinin ictimaiyyətlə əlaqələr bölməsinin yaydığı məlumata istinadən xəbər verir ki, qazıntı işləri 7 nəfərdən ibarət tarixi əsər qaçaqmalçısı tərəfindən həyata keçirilib. Partlayıcı maddələrdən istifadə nəticəsində tarixi abidəyə ciddi ziyan dəyib.

Qaçaqmalçıların saxlanıldığı və onların barəsində cinayət işinin açıldığı bildirilir.

Eramızdan əvvəl 1-ci minilliyə aid olan “Dəm-Dəm” qalası Səfəvilər dövründə Əmirxan Bradot tərəfindən yenidən qurularaq istifadəyə verilib. Hazırda baxımsız qaldığı və qorunmadığı üçün tarixi abidənin əksər hissəsi dağılıb.

AzVision.az


Teqlər: İran  





Xəbər lenti