Finlandiya texnologiyaları Urmu gölünü bərpa edə bilər

   Finlandiya texnologiyaları Urmu gölünü bərpa edə bilər
  25 Noyabr 2023    Oxunub:1469
Finlandiyanın İrandakı səfiri Kari Kahiluto ölkəsinin yeni texnologiyalarının Urmu gölünü canlandırmaq üçün hazır olduğunu deyib.
AzVision.az bildirir ki, Finlandiya səfiri Təbriz şəhərinin başçısı Yaqub Huşyarla görüşdə belə açıqlama verib.

“Keçmişdə Təbrizdən Finlandiyaya çoxlu turist səfər edib və biz bu məsələni yenidən aktivləşdirməyə çalışırıq”, - Kahiluto deyib.

Səfirin sözlərinə görə, Finlandiyanın su təsərrüfatı sahəsində fəaliyyət göstərən müxtəlif şirkətləri İranda bu məsələ ilə bağlı işləməyə maraqlıdır. Lakin Helsinki üçün ən vacib məsələ yeni texnologiyalardan istifadə etməklə Urmu_gölünün bərpa olunmasıdır.
AzVision.az


Teqlər: Urmu   Finlandiya  





Xəbər lenti