“Şahid”lərin Ukraynaya kütləvi hücumu - VİDEO
Şəhərin hərbi administrasiyası və meri Vitali Kliçko bu basqını müharibə başlayandan bəri rekord adlandırıb. Kliçko hava hücumunun altı saatdan çox davam etdiyini bildirib.
Onun sözlərinə görə, Kiyevdə PUA-ların qalıqları Solomenski, Dneprovski və Qoloseyevski rayonlarında binaların və yaşayış binalarının üzərinə düşüb.
Solomenski rayonunda bir neçə yanğın baş verib: uşaq bağçasında, yaşayış binasında, qeyri-yaşayış sahələrində və açıq ərazilərdə. Pilotsuz təyyarələrdən birinin qalıqları beş mərtəbəli binanın ikinci mərtəbəsinə düşüb və orada iki mülki şəxs qalıb. Hücum nəticəsində yaralanan 11 yaşlı uşaq və iki nəfər mülki şəxs stress keçirib.
Kiyev şəhər hərbi idarəsinin nümayəndəsi Mixail Şamanov təkcə Kiyev səmasında hava hücumundan müdafiə sistemlərinin 40-dan çox pilotsuz uçan aparatı vurduğunu açıqlayıb.
Son vaxtlar əksər ekspertlər soyuq havaların başlaması ilə Rusiyanın ötən qışda enerji infrastrukturunun hədəfə alındığı kimi indi də PUA-lardan istifadə taktikasını gücləndirəcəyi barədə dəfələrlə xəbərdarlıq edirdilər.
AzVision.az