İranda ilk dəfə olaraq Xələc dilinin lüğəti nəşr olunub

   İranda ilk dəfə olaraq    Xələc dilinin lüğəti    nəşr olunub
  25 Noyabr 2023    Oxunub:1503
Tehranda fəaliyyət göstərən “Andiseh No” nəşriyyatında Əli Əsgər Cəmrəsinin müəllifi olduğu “Xələci-Fars Lüğəti” adlı türkcə lüğət nəşr edilib.
AzVision.az “Güney AZfront” teleqram-kanalına istinadən xəbər verir ki, bu, Xələc ləhcəsi ilə bu günə qədər nəşr olunmuş ilk əhatəli türkcə lüğətdir.

Türk dilçilərin fikrincə, Xələc türk ləhcəsi qədim türk dilinə ən yaxın dialekt kimi çox əhəmiyyətləidir. Bu ləhcə türk dilinin ən qədim xüsusiyyətlərinə malikdir.

Xələc dili – İranda və Əfqanıstanda danışılan türk dillərindən biridir. 2017-ci il siyahıyalmasına görə, 52 min 800 nəfər bu dildə danışır. Dil əhəmiyyətli dərəcədə farslaşdırılıb.

Xələc dilində, əsasən, İranın mərkəzi vilayətlərində danışılır. Dil, əsasən, şimal və cənub dialektlərinə ayrılır.
AzVision.az


Teqlər: İran   Xələc  





Xəbər lenti