Abyane: İranlılar özlərin koreyalılarla yox, banqladeşlilərlə müqayisə etməlidir

      Abyane:    İranlılar özlərin koreyalılarla yox, banqladeşlilərlə müqayisə etməlidir
  25 Noyabr 2023    Oxunub:1262
Hər bir koreyalı 24 iranlıya bərabər səviyyədə işləyir və onların çox az gözləntiləri var.
AzVision.az xəbər verir ki, İranın Avstraliyadakı keçmiş səfiri Məhəmməd Həsən Qadiri Abyane belə iddia səsləndirib.

“Bəziləri yaşayış şəraitini deyəndə Cənubi Koreyanı misal gətirir. Koreyalı nə qədər işləyir, iranlı nə qədər işləyir? Hər bir koreyalı 24 iranlıya bərabər işləyir, amma gözləntiləri çox aşağıdır və 15-17 metrlik mənzillərdə yaşayırlar. Yaşayış şəraitini Koreya, Yaponiya və Almaniya ilə yox, Pakistan və Banqladeşlə müqayisə edin. Onda görəcəksiniz ki, biz onlardan qat-qat gözəl yaşayırıq”, - keçmiş səfir deyib.

Qeyd edək ki, Cənubi Koreyada aylıq orta əməkhaqqı 3106 dollar olduğu halda, İranda bu rəqəm 455 dollar təşkil edir.

Tehranda birotaqlı mənzilin kirayəsi 422-726 dollar arasında dəyişir, şəhərin mərkəzi hissəsinə yaxınlaşdıqca qiymət artır. Daşınmaz əmlakın bir kvadrat metri 1655 dollardan, Təbrizdə isə yaşayış sahəsinin satışının kvadrat metri 700 dollardan başlayır.

İnsanların sosia-iqtisadi problemlərdən narazılığını isə İran hökuməti Abyane kimi diplomatların dili ilə tam başqa məcraya yönəltməyə çalışır.
AzVision.az


Teqlər: İran   güzəran  





Xəbər lenti