Qətər mediası: İran tailandlıların azad olunmasında vasitəçilik edib

   Qətər mediası:    İran tailandlıların azad olunmasında vasitəçilik edib
  25 Noyabr 2023    Oxunub:1222
HƏMAS tezliklə Qəzza zolağından 23 Tailand vətəndaşını qeyd-şərtsiz azad edəcək.
AzVision.az Qətərin “Al-Araby Al-Jadeed” qəzetinin yaydığı məlumata istinadən xəbər verir ki, bu barədə HƏMAS-la danışıqları İran aparır. Təşkilat isə heç bir şərt qoymadan tailandlıları azad edəcəyini təsdiqləyib.

Oktyabrın 31-də Tailandın Xarici İşlər naziri Panpri Pxittxanukon iranlı həmkarı Abdullahiyan ilə görüşdə İrandan həmvətənlərinin azad olunmasına kömək göstərməyi xahiş edib. Oktyabrın 7-də İsrailin cənubunda HƏMAS tərəfindən azı 54 tailandlı əsir götürülüb. Bu əsir düşən əcnəbilərdən ibarət ən böyük qrupdur.
AzVision.az


Teqlər: İran   tailandlılar  





Xəbər lenti