Şərqi Azərbaycan əhalinin qocalığına görə İranda 6-cı yerdədir
“Bu prosesin davam etməsi gələcəkdə Şərqi Azərbaycanda problemlər yaradacaq. Bunun qarşısını almaq üçün cəmiyyət arasında evlilik və uşaq dünyaya gətirmək təşviq olunmalıdır. Kütləvi informasiya vasitələri, mədəniyyət və akademik mərkəzlər, əhali və ailə sahəsində professorlar bu sahədə daha çox rol oynamalı, gənc cütlükləri uşaq sahibi olmağa təşviq etməlidirlər”, - Kuhi deyib.
Məmurun fikrincə, Şərqi Azərbaycanda üçdən çox uşaqlı ailələrin sayı azdır və ailələri daha çox uşaq sahibi olmağa təşviq etmək lazımdır. Bu mənada hökumət üç və daha çox uşağı olan ailələrə müxtəlif dəstəklər, o cümlədən torpaqların pulsuz ayrılmasını nəzərdə tutmalıdır.
AzVision.az