Çin Myanma ilə sərhəddə hərbi təlimlər keçirir

Çin Myanma ilə sərhəddə hərbi təlimlər keçirir
  25 Noyabr 2023    Oxunub:877
Çin Myanma ilə sərhəddə hərbi təlimlərə başlayıb
AzVision.az xəbər verir ki, bu barədə Çinin “Sinxua” xəbər agentliyi məlumat yayıb.

Bildirilib ki, şənbə günü başlayan təlimin məqsədi ordunun hazırlığını, sərhədləri qorumaq qabiliyyətini və hücum əməliyyatları aparmaq bacarığını yoxlamaqdır. Təlimlərin nə vaxt bitəcəyi ilə bağlı məlumat verilməyib.

“Milli suverenliyi, sərhəd sabitliyini və insanların həyat və əmlakının təhlükəsizliyini qorumaq üçün müxtəlif fövqəladə hallara cavab verməyə həmişə hazırıq”, - təlimə rəhbərlik edən Çinin Cənub Hərbi Komandanlığı məlumat yayıb.

Noyabrın 24-də Muza şəhəri yaxınlığında qiyamçılar Çindən Myanmaya məhsul aparan yük maşınlarından ibarət karvana hücum edib. Bu hücum Çinin Myanmadakı səfirinin sərhəddəki vəziyyətlə bağlı danışıqlar aparmaq üçün Myanmanın paytaxtında yüksək səviyyəli rəsmilərlə görüşü zamanı baş verib.

AzVision.az



Teqlər: Çin   Myanma  





Xəbər lenti