Almanların 73 faizi hökumətdən narazıdır
Əgər gələn bazar günü parlament seçkiləri keçirilsəydi, O.Şoltsun daxil olduğu Almaniya Sosial Demokrat Partiyası (SPD) cəmi 16 faiz, Azad Demokrat Partiyası (FDP) isə 6 faiz səs toplayacaqdı. Hakim partiyalar birlikdə səslərin cəmi 34 faizini toplaya bilərdilər. Bu Bundestaqa keçirilmiş son seçkilərin nəticələrindən 18 faiz azdır.
Almaniyada hakim koalisiyaya daxil olan “Birlik-90/yaşıllar” partiyasının populyarlıq reytinqi son beş ilin ən aşağı səviyyəsinə düşüb. Respondentlərin yalnız 12 faizi “yaşıllar”a səs verməyə hazırdır. Partiyanın reytinqi sonuncu dəfə 2018-ci ilin ortalarında bu səviyyədə olub.
AzVision.az