İsrail ordusu: Müharibə bütün girovlar qaytarılana qədər davam edəcək

 İsrail ordusu:  Müharibə bütün girovlar qaytarılana qədər davam edəcək
  25 Noyabr 2023    Oxunub:1316
HAMAS ilə atəşkəsdən sonra İsrail hərbçiləri dərhal Qəzza zolağına zərbələr endirməyə qayıdacaq.
AzVision.az xəbər verir ki, bunu İsrail Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general-leytenant Herzi Halevi deyib.

Halevi bildirib ki, atəşkəs və girov razılaşması İsrail ordusunun HAMAS üzərində təzyiqi olmadan baş tutmayacaqdı.

“Biz bütün girovları qaytarana qədər bu səyləri dayandırmaq niyyətində deyilik, istəmirik və buna hazır deyilik... Onları geri qaytarmaq bizim mənəvi borcumuzdur”, - general vurtulayıb.

AzVision.az



Teqlər: İsrail   HƏMAS  





Xəbər lenti