“Vnukovo” və “Domodedovo” hava limanlarının fəaliyyəti bərpa edilib

   “Vnukovo” və “Domodedovo” hava limanlarının fəaliyyəti bərpa edilib
  26 Noyabr 2023    Oxunub:1238
Moskvada “Vnukovo” və “Domodedovo” hava limanlarının fəaliyyəti bərpa edilib.
AzVision.az xəbər verir ki, hava limanlarına təyyarələr enməyə başlayıb, artıq bir uçuş həyata keçirilib.

Qeyd edək ki, bundan əvvəl Moskva meri Sergey Sobyanin pilotsuz uçuş aparatları (PUA) ilə Moskvaya hücum cəhdlərinin olduğunu açıqlamışdı. “Vnukovo” və “Domodedovo” hava limanlarında reyslər dron təhlükəsi ilə əlaqədar təxirə salınmışdı. Belə ki, ümumilikdə 7 reys təxirə salınmışdı, daha üçü ləğv edilmişdi. Hava hücumundan müdafiə sistemləri PUA-ları zərərsizləşdirib.

AzVision.az


Teqlər: Havalimanı  





Xəbər lenti