Həmas və İsrail ikinci girov və əsir mübadiləsini aparıb
HƏMAS-ın yaraqlı qanadı Əl-Qəssam Briqadaları 13 israilli girovu və 7 əcnəbini Qırmızı Xaç Cəmiyyətinə təhvil verdiyini bildirib. Onlar Qəzza zolağı ilə Misir arasındakı sərhəddə yerləşən Rəfah keçid məntəqəsinə göndərilib.
Təxminən bir saat sonra İsrail Müdafiə Qüvvələri keçmiş girovların yəhudi dövlətinəçatdığını açıqlayıb. 13 israilli arasında yeddi uşaq və yeniyetmə də olub. Dörd Tailand vətəndaşı da anklavdan aparılıb. HƏMAS "Türkiyə prezidentinin səylərinə cavab olaraq" ölkə sakinlərini azad etdiyini bildirib. Daha üç əcnəbinin taleyi ilə bağlı hələ də aydınlıq yoxdur.
Bunun ardınca İsrailin də ikinci qrup fələstinli məhbusu həbsdən azad etdiyi məlum olub.
Şahanə Rəhimli
AzVision.az
Teqlər: İsrail