HƏMAS dörd yaşlı amerikalı girovu azad edib

   HƏMAS dörd yaşlı amerikalı girovu azad edib
  26 Noyabr 2023    Oxunub:1390
Fələstinin HƏMAS hərəkatı İsraillə hərbi əməliyyatların müvəqqəti dayandırılmasına dair razılaşmanın bir hissəsi olaraq ilk Amerika vətəndaşını, dörd yaşlı qızı azad edib.
Bu barədə CNN mənbəyə istinadən məlumat yayıb.

"Oktyabrın 7-də HƏMAS tərəfindən əsir götürülən 4 yaşlı Amerika-İsrail vətəndaşı Abigail Edan Qırmızı Xaça təhvil verilib",- nəşr yüksək rütbəli ABŞ rəsmisinə istinadən bildirir.

Beləliklə, Edan İsraillə razılaşmanın bir hissəsi olaraq HƏMAS tərəfindən azad edilən ilk amerikalı və bazar günü azad edilən 17 nəfərdən biri oldu.

Çərşənbə günü məlum olub ki, İsrail və HƏMAS Qətərin vasitəçiliyi ilə oktyabrın 7-də münaqişənin gərginləşməsindən sonra ilk genişmiqyaslı razılığa gəliblər. Hər iki tərəf bir-birinin saxladığı onlarla girov və məhbusu dəyişdirmək üçün dörd gün ərzində hərbi əməliyyatları dayandırmağa razılaşıb.

Şahanə Rəhimli
AzVision.az



Teqlər: HƏMAS  





Xəbər lenti