Türkiyədə pis havaya görə iki nəfər ölüb, 10 nəfər yaralanıb

   Türkiyədə pis havaya görə iki nəfər ölüb,    10 nəfər yaralanıb
  26 Noyabr 2023    Oxunub:1149
Türkiyədə həftəsonu ölkəni bürüyən qasırğa və leysanla əlaqədar yaranmış pis hava şəraiti nəticəsində iki nəfər ölüb, daha on nəfər yaralanıb.
Bu barədə Təbii Fəlakət və Fövqəladə Halların İdarə olunması Agentliyinin (AFAD) məlumat yayıb.

Hökumət 81 əyalətdən 47-də "narıncı" təhlükə səviyyəsi, daha 29 əyalətdə isə əlverişsiz hava şəraiti ilə əlaqədar daha 29 əyalətdə isə "sarı" həddi elan edib.

Türkiyənin qərbində İzmirdə baş verən qasırğa nəticəsində dəniz sahili basıb. Antalya kurortunun bir çox ərazilərində ağaclar kökündən qopub, avtomobillərə və mağazalara ziyan dəyib, Kəpəz ərazisində kanallar daşıb.
AFAD-ın məlumatına görə, əlverişsiz hava şəraiti ilə bağlı qaynar xəttə təxminən 1,5 min müraciət edilib.

Şahanə Rəhimli
AzVision.az





Teqlər:





Xəbər lenti