HƏMAS atəşkəsin uzadılmasına çağırır

   HƏMAS atəşkəsin uzadılmasına çağırır
  26 Noyabr 2023    Oxunub:1242
Fələstinin HƏMAS hərəkatı 4 günlük müddətin bitməsindən sonra İsraillə barışıq müddətinin uzadılmasına və azad edilənlərin sayını artırmağa çalışır. Bu barədə təşkilatın açıqlamasında bildirilir.
İsrail və HƏMAS Qətərin vasitəçiliyi ilə oktyabrın 7-də münaqişənin gərginləşməsindən sonra ilk genişmiqyaslı razılığa gəliblər. Hər iki tərəf bir-birinin saxladığı onlarla girov və məhbusu dəyişdirmək üçün dörd gün ərzində hərbi əməliyyatları dayandırmağa razılaşıb.

Şahanə Rəhimli
AzVision.az


Teqlər:





Xəbər lenti