İranda qəzet redaktoruna qarşı cinayət işi açılıb

İranda qəzet redaktoruna qarşı cinayət işi açılıb
  27 Noyabr 2023    Oxunub:1008
Tehran şəhər prokurorluğu İranda dərc olunan “Etemad” qəzetinə qarşı cinayət işi açaraq, qəzetin redaktorunu dövlət sirri sayılan məxfi sənədləri dərc etməkdə və bununla da ölkənin milli təhlükəsizliyinə təhdid törətməkdə ittiham edib.
Prokurorluq bu gün cinayət işini məhkəmə istintaqına göndərib. Qəzetin redaktoru Bəhruz Bəhruziyə qarşı irəli sürülən ittihamnamədə göstərilir ki, redaktor İranın Mətbuat haqqındakı Qanunun 5-ci, Milli təhlükəsizlik haqqında Qanunun isə 298-ci maddəsinin 4-cü bəndini pozaraq əldə etdiyi məxfi sənədləri, rəhbəri olduğu “Etemad” qəzetinin 26 noyabr tarixli sayında dərc edib.

Mətbuatın məlumatına görə, redaktor B.Bəhruziyə ilk dəfə deyil ki, cinayət işi açılır. Ötən il də məhkəməyə cəlb olunan redaktor 1 il müddətinə jurnalist fəaliyyəti ilə məşğul olmaqdan məhrum edilib.

Lakin jurnalist məhkəmənin qərarından Ali Məhkəməyə şikayət edib və hazırda işə baxılır. Məhkəmə prosesi getdiyi bir zamanda redaktora qarşı ikinci ittihamın irəli sürülməsi onun həbsi ilə nəticələnə bilər.

AzVision.az


Teqlər:





Xəbər lenti