Netanyahu atəşkəsin uzadılmasına müsbət baxır

   Netanyahu atəşkəsin uzadılmasına müsbət baxır
  27 Noyabr 2023    Oxunub:961
İsrailin baş naziri Benyamin Netanyahu ABŞ prezidenti Co Baydenlə danışığı zamanı Qəzza zolağında mövcud dörd günlük atəşkəsin uzadılmasının mümkünlüyünü bildirib.
Bu barədə “Times of Israel” qəzeti yazır. "Baş nazir qeyd edir ki, hazırkı dörd günlük atəşkəs daha çox girovun azad edilməsinə imkan vermək üçün uzadıla bilər: hər gün üçün daha 10 nəfər", - nəşr bildirib.

Bundan əvvəl İsrailin baş naziri Binyamin Netanyahu Qəzza zolağına rəsmi səfəri zamanı bildirib ki, İsrail ordusunun əməliyyatı HƏMAS üzərində tam qələbəyə qədər davam edəcək. Onun sözlərinə görə, ordunu heç nə dayandıra bilməz.

Xatırladaq ki, oktyabrın 7-də HƏMAS hərəkatının silahlı qanadı olan “İzzəddin əl-Kassam” briqadasının İsrailin nəzarətində olan ərazilərə hücumlarından sonra Yaxın Şərqdə vəziyyət kəskinləşib. İsrail tərəfi HƏMAS-ın hücumuna cavab olaraq Qəzza sektoruna, Livan və Suriyanın ayrı-ayrı rayonlarına zərbələr endirməyə başlayıb.


AzVision.az


Teqlər:





Xəbər lenti