Bayden administrasiyası Qəzzaya görə parçalanıb

   Bayden administrasiyası Qəzzaya görə parçalanıb
  27 Noyabr 2023    Oxunub:1112
ABŞ prezidenti Co Bayden administrasiyası İsrail-Fələstin münaqişəsi ilə bağlı fikir ayrılığına düşüb.
AzVision.az xəbər verir ki, bu barədə “The Washington Post” qəzeti anonim məmurlara istinadən məlumat yayıb. Təxminən iyirmiyə yaxın məmur ABŞ hökumətinin Qəzzada mülki itkilərin sayını necə azaltmaq niyyətində olduğunu öyrənmək üçün Baydenin məsləhətçiləri ilə görüşmək istəyib.

Qəzet qeyd edib ki, İsrail-Fələstin münaqişəsi Baydenin 3 illik hakimiyyətdə olduğu müddətdə ABŞ administrasiyasını digər məsələlərdən daha çox məşğul edib. Belə ki, prezident Baydenin Qəzza zolağında münaqişəni idarə etməsi Ağ Ev işçilərini iki düşərgəyə bölür.


AzVision.az



Teqlər:





Xəbər lenti