İsrail 3200 fələstinlini həbs edib

İsrail 3200 fələstinlini həbs edib
  27 Noyabr 2023    Oxunub:1112
İordan çayının qərb sahili və Şərqi Qüdsdə oktyabrın 7-dən İsrail tərəfindən terrorçuluqda şübhəli bilinərək həbs edilən fələstinlilərin sayı 3,2 min nəfərə çatıb.
Bu barədə Əl-Cəzirə telekanalı Fələstin Məhbuslar və Keçmiş Məhbuslar Komissiyasının hesabatına istinadən məlumat yayıb. Saxlanılanlar arasında 41 jurnalist də var. Onların 12-si azad edilsə də, 29 media işçisi hələ də həbsdədir.

Xatırladaq ki, oktyabrın 7-də HƏMAS hərəkatının silahlı qanadı olan “İzzəddin əl-Kassam” briqadasının İsrailin nəzarətində olan ərazilərə hücumlarından sonra Yaxın Şərqdə vəziyyət kəskinləşib. İsrail tərəfi HƏMAS-ın hücumuna cavab olaraq Qəzza sektoruna, Livan və Suriyanın ayrı-ayrı rayonlarına zərbələr endirməyə başlayıb.

AzVision.az


Teqlər:





Xəbər lenti