Bayden Putinlə Zelenskinin görüşə biləcəyi konfransa getməyəcək

Bayden Putinlə Zelenskinin görüşə biləcəyi konfransa getməyəcək
  27 Noyabr 2023    Oxunub:1921
ABŞ prezidenti Co Bayden noyabrın 30-dan dekabrın 12-dək Dubayda keçiriləcək BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflərinin Konfransında iştirak etməyəcək.
Bu barədə “New York Times” Ağ Evdəki mənbələrə istinadən yazıb. Bayden administrasiyasındakı mənbə Amerika liderinin bu iki həftəlik forumda görünməməsinin səbəbini açıqlamayıb.

Bundan əvvəl “RİA Novosti” xəbər vermişdi ki, Rusiya və Ukrayna prezidentləri Vladimir Putin və Volodimir Zelenski noyabr-dekabr aylarında Dubayda keçiriləcək BMT-nin iqlim konfransında görüşə bilərlər.

Görüş Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Prezidenti və Əbu-Dabinin hökmdarı Şeyx Məhəmməd bin Zayed Əl Nəhyan tərəfindən təşkil oluna bilər. O, ideyanı Roma Papası ilə müzakirə edib və plan barədə ABŞ prezidenti Co Baydenə məlumat verib. Putin və Zelenskinin konfransda iştirakı ilə bağlı rəsmi məlumat yoxdur.

AzVision.az


Teqlər:





Xəbər lenti