Senat dekabrın 4-də Ukrayna və İsrailə yardıma səs verəcək

Senat dekabrın 4-də Ukrayna və İsrailə yardıma səs verəcək
  27 Noyabr 2023    Oxunub:1480
ABŞ Senatındakı demokratların lideri Çak Şumer bildirib ki, dekabrın 4-də ABŞ Konqresinin yuxarı palatası prezident Co Baydenin Ukrayna və İsrailə yardım paketi tələbinə səs verəcək.
Şumer Demokrat Partiyasından olan həmkarlarına yazdığı məktubda prezidentin əlavə milli təhlükəsizlik yardım paketini dekabrın 4-də səsverməyə çıxarmaq niyyətində olduğunu bildirib.

Senator vurğulayıb ki, bu qanun layihəsinə baxılması və qəbulu demokratlar və respublikaçıların birgə fəaliyyətini tələb edən Senatın ən mühüm vəzifələrindən biridir.

Bundan əvvəl ABŞ Nümayəndələr Palatasının Kəşfiyyat üzrə Xüsusi Komitəsinin rəhbəri Mayk Törner Kiyevin 2023-cü ilin sonuna qədər yeni Amerika yardımı almayacağını bildirmişdi.


AzVision.az


Teqlər:





Xəbər lenti