Polşa və Ukrayna sərhədində 2 mindən çox yük maşını dayanıb

Polşa və Ukrayna sərhədində 2 mindən çox yük maşını dayanıb
  27 Noyabr 2023    Oxunub:1555
Ukraynaya girməyi gözləyən iki mindən çox yük maşını Polşa-Ukrayna sərhədində növbəyə dayanıb.
Bu barədə Ukrayna hakimiyyətinə istinadən “Avropa həqiqəti” nəşri məlumat yayıb. Etiraz edən Polşa yükdaşıyıcıları üç nəzarət-buraxılış məntəqəsinin qarşısını kəsiblər.

Bu səbəbdən Ukraynanın İcmaların, Ərazilərin və İnfrastrukturun İnkişafı Nazirliyinin nümayəndələri Beynəlxalq Avtomobil Daşıyıcıları Assosiasiyası ilə birlikdə sırada qalan sürücülərə sürücülərə 2,5 min litr su, 1,2 min nahar və dərman paylamağa məcbur olublar.

Hazırda “Doroqusk-Yaqodin”, “Korçeva-Krakovets” və “Rava-Russkaya-Qrebennoye” keçid məntəqələrində 2,1 mindən çox yük maşını növbə çəkir.

AzVision.az


Teqlər:





Xəbər lenti