Ermənistanda uşaq bağçalarını talan edən dəstə yaxalanıb
Məlum olub ki, uşaq bağçalarının ərzaq məhsulları ilə təmin olunması üzrə tenderdə qalib gələn “Aykazunk” və “Foton” şirkətləri sənədləri saxtalaşdıraraq, məktəbəqədər təhsil müəssisələrinin müdirlərinin köməkliyi ilə onlara ayrılan vəsaitləri talayıblar.
Cinayətkarların evlərində və ofislərində aparılan axtarışlar zamanı 22 milyon dram (55 min dollar-red.) nağd pul, qızıl-zinət əşyaları, mobil telefonlar və kompüterlər götürülüb.
İbtidai istintaq mərhələsində iyirmiyə yaxın uşaq bağçasının əməkdaşı dindirilib. Onlar müəyyən etiraflar edərək istintaq üçün vacib olan məlumatları açıqlayıblar.
Tural Tağıyev
AzVision.az
Teqlər: Ermənistan